Qardaşlıq sənədləri müzakirə olundu

Qardaşlıq sənədləri müzakirə olundu
Oxunma sayı: 267

"Qafqazinfo" AzərTAc istinadən xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Hökuməti arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsi ilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” Sazişin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Azərbaycan Respublikası mənşəli və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçən təbii qazın Türkiyə Respublikasına və onun ərazisi ilə Trans–Anadolu qaz kəməri vasitəsi ilə tranzit keçidinə dair Hökumətlərarası Saziş”in təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunub.

Milli Məclis sədrinin müavini və komitənin sədri Valeh Ələsgərov bildirib ki, birinci sənəd 2011-ci ilin oktyabrında Türkiyənin İzmir şəhərində, ikincisi isə 2012-ci ilin iyununda İstanbulda imzalanıb. Bu layihələrin məqsədi Azərbaycanda istehsal olunan və Türkiyə bazarında satışa çıxarılan təbii qazın satışı, nəqli, mühafizəsi, qaz boru kəmərlərinin inşası və hüquqi mülkiyyətini müəyyən etməkdir. Bu sənədlərin təsdiqi və həyata keçirilməsi Azərbaycanın təkcə regionda deyil, dünyada mövqelərini daha da möhkəmləndirəcək.

Müzakirələr zamanı komitə sədrinin müavini Elton Məmmədov, deputat Muxtar Babayev və başqaları çıxış edərək sazişlərin əhəmiyyətindən danışmış, hər iki sənədin Azərbaycanın milli maraqlarına xidmət etdiyini bildiriblər.

Sonda hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi