Qardaşlıq yenə öz sözünü dedi... - Fotolar

qardasliq-yene-oz-sozunu-dedi
Oxunma sayı: 5182

Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Konya şəhərində “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri çərçivəsində “Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak  ediblər.

Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

“Qafqazinfo” təlimdən görüntüləri təqdim edir: