Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldonun hazırda davam edən Avropa Çempionatının finalını yarımçıq tərk etdiyi xəbər vermişdik.
“Qafqazinfo” xəbər verir ki, zədə səbəbindən əvəzlənən futbolçuya ilk dəstək Madrid “Real”ından komanda yoldaşı Qaret Beyldən gəlib.
Qitə birinciliyinin yarımfinalında məhz Portuqaliyaya uduzaraq turnirini tərk edən Uels millisinin ulduzu Tvitter hesabından Ronaldoya dəstək olub. O, bunları yazıb: “Krisin(Kriştianu Ronaldonun) finalı erkən tərk etməsi dəhşətlidir. Ümid edirəm ki, onun üçün pis bir gecə olmaz”.

Son xəbərlər
Son Xəbərlər