Qaribaşvili ilə Paşinyan Nyu-Yorkda görüşdü

qaribasvili-ile-pasinyan-nyu-yorkda-gorusdu
Oxunma sayı: 1757

Gürcüstan və Ermənistan Baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan arasında görüş olub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub.

Ermənistan hökumətinin Mətbuat xidmətinin məlumatına görə, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki, eləcə də regiondakı vəziyyəti müzakirə ediblər.

Qaribaşvili regionda sülh və sabitliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.