Qaribaşvili Mirzoyanla regiondakı vəziyyəti müzakirə etdi

qaribasvili-mirzoyanla-regiondaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1154

“Gürcüstan həmişə Cənubi Qafqazda əməkdaşlığı, sülh şəraitində birgə yaşayışı dəstəkləyib və regional dialoqa töhfə verməyə hazırdır”.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.

Həmsöhbətlər regiondakı vəziyyəti müzakirə ediblər, regionda sabitliyin və sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.