Qaribaşvili Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığından danışdı

qaribasvili-turkiye-gurcustan-azerbaycan-emekdasligindan-danisdi
Oxunma sayı: 1127

“Biz üçtərəfli format olaraq Türkiyə-Gürcüstan-Azərbaycanın əməkdaşlığını dəyərləndiririk”.

“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə millət vəkillərinin qonşu ölkələrlə əlaqələr barədə suallarını cavablandırarkən deyib.

“Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu il ərzində Yüksək Strateji Əməkdaşlıq Şurasının iclasını keçirməyi planlaşdırırıq.

Sözügedən iclasda iki ölkə arasında onsuz da mövcud olan bütün strateji əməkdaşlıq məsələlərini dəyərləndirəcəyik”, - baş nazir əlavə edib.