Qarlı havanın qurbanları - 4 ölü

qarli-havanin-qurbanlari-
Oxunma sayı: 2845

Dünən ölkədə qarlı hava şəraiti çoxlu yol qəzalarına səbəb olub. 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, yanvarın 25-də respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib: “Nəticədə 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb”.

Qeyd edək ki, yanvarın 24-dən Azərbaycanda qarlı hava şəraiti davam edir.

Murad Əhməd