“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Salyan şossesi 3-də yaşayan 43 yaslı Etibar Məmmədov bicaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyat olunub. Etibar Məmmədov bıçaq xəsarətini evdə qarpız kəsərkən aldığını bildirib.
Hadisə barədə Səbail Ryon Polis İdarəsinin 8-ci polis bölməsinə məlumat verilib. Etibar Məmmədovun bıçaq xəsarətlərini qarpız kəsərkən, yoxsa başqa şəraitdə alması aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam edir.
Son xəbərlər
Son Xəbərlər