Qarpız və yemişi yeməkdən dərhal sonra yeməyin

qarpiz-ve-yemisi-yemekden-derhal-sonra-yemeyin
Oxunma sayı: 852

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin dietoloqlar bunu düzgün hesab etmir.

“Qafqazinfo” Saglamolun.az-a istinadən xəbər verir ki, yeməkdən dərhal sonra yeyildikdə yemiş və qarpız mədədə ağırlıq və ağrılara səbəb olur, qıcqırma yaradır, həzm proseslərinə mane olur.

Dietoloqlar digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1 saat əvvəl və ya 1,5-2 saat sonra yeməyi tövsiyə edirlər.