Qarpızdan kütləvi zəhərlənmə- - Azərbaycanda

qarpizdan-kutlevi-zeherlenme-
Oxunma sayı: 2641


“Qafqazinfo”nun “ans press”ə istinadən verdiyi məlumata görə, rayonun Küçərli kəndi ərazisində məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 5 nəfər zəhərlənib. 

Zəhərlənənlər 52 yaşlı Kərim Əzimov, 30 yaşlı Günay Əzimova, 34 yaşlı Eldəniz Zeynalov, 34 yaşlı Ramil Zeynalov və 51 yaşlı Aybəniz Abdullayeva dərhal Quzanlı qəsəbəsində yerləşən Ağdam MRX-na aparılıb. Xəstələrə tibbi yardım göstərilib.

Ağdam MRX-dan verilən məlumata görə, zəhərlənənlərin vəziyyəti normaldır. Onlar artıq evə buraxılıblar.