“Hazırda qarşı tərəfdə 2 mülki vətəndaşımız saxlanılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bugünkü konfransda əsirlikdən qurtarılmış 7 hərbi qulluqçumuz iştirak edir.
İ. Axundov əlavə edib ki, bu günədək döyüş bölgəsindən 334 Azərbaycan hərbçisinin, 988 erməni hərbçisinin meyiti çıxarılıb: “Hazırda bu proses davam edir”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər