Qarşısındakı binalar uçsa da, burada bir qab belə sınmadı - Fotolar - Video

qarsisindaki-binalar-ucsa-da-burada-bir-qab-bele-sinmadi
Oxunma sayı: 6279

Türkiyədə dağıdıcı zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində çox sayda bina uçub və yaxud ağır zərər görüb.

“Qafqazinfo” “Star”a istinadən xəbər verir ki, sözügedən şəhərdə Tekerek yolunda yerləşən onlarla ev uçsa da, bir binanın aşağı mərtəbəsində yerləşən qab-qacaq mağazasında heç bir əşya qırılmayıb. 

Sözügedən mağaza ilə üzbəüz yerləşən binalar dağılsa da, həmin binaya zərər dəyməyib.

Binanı inşa edən şirkətin nümayəndəsi Mehmet Akın Öncülün sözlərinə görə, bina inşa edilərkən hər şey qaydalara uyğun həyata keçirilib: “Bu səbəbdən də, inşa etdiyimiz binalarda ağır zərər qeydə alınmayıb”.