Qartal zirvəyə qona biləcək?

qartal-zirveye-qona-bilecek
Oxunma sayı: 731


“Qafqazinfo” xəbər verir ki, “Beşiktaş” səfərdə “Arsenal”ın qonağı olacaq. İstanbulda keçirilən ilk oyunda çox yaxşı təsir bağışlayan “Beşiktaş” bir neçə real qol şansı əldə etsə də, bunlardan yararlana bilməmiş və matç 0-0 hesabı ilə başa çatmışdı. 

“Qara qartal” “Arsenal”ı məğlub edərək tarixi ərzində 6-cı dəfə Çempionlar Liqası qrup mərhələsində iştirak etməyi planlaşdırır. Komandanın əsas futbolçularından sayılan kanadalı Atiba Hatçinson ilk oyunu zədə səbəbindən buraxsa da, “Emirates” stadionunda keçiriləcək cavab görüşündə iştirak edə biləcək. 

“Arsenal”da isə ciddi itkilər var. Belə ki, birinci maçtda qırmızı vərəqə ilə meydandan qovulan Aron Remzi bu gün komandasına yardım edə bilməyəcək. Remzidən başqa Mikel Arteta və Olivye Jiru zədə ucbatından bu matçı buraxacaqlar. 

Bakı vaxtı ilə saat 23:45-də start götürəcək matçı portuqaliyalı hakim Pedro Proença idarə edəcək.


İqbal