Qasım Süleymani intiqam andı içdi

qasim-suleymani-intiqam-andi-icdi
Oxunma sayı: 1337

İranın İnqilab keşikçiləri Korpusunun “Qüds” briqadasının komandanı, general Qasim Süleymani İŞİD terror təşkilatı barədə sərt çıxış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Süleymani İraq-Suriya sərhədində əsir götürülərək başı kəsilən iranlı əsgərin ölümünə münasibət bildirərək terrorçuları məhv etmədən sakit oturmayacaqlarını deyib:

“And olsun İmam Hüseyn (ə) yolunda başı kəsilmiş şəhidimizə, lənətə gəlmiş “ağacın törəmələrini” təqib edəcəyik. Bu ziyanlı “şişi” məhv etməyincə sakit oturmayacğıq”.

Qeyd edək ki, İraq-Suriya sərhədində yerləşən Tanaf bölgəsində keçən bazar ertəsi günü baş verən toqquşmalarda İŞİD terrorçuları əsir düşən iranlı əsgər Möhsin Hocecin boğazını kəsərək görüntülərini internetdə paylaşmışdılar.