Qasım Süleymaninin müavini qəflətən öldü

qasim-suleymaninin-muavini-qefleten-oldu
Oxunma sayı: 2199

İranın təhlükəsizlik aparatının əsas fiqurlarından sayılan general Məhəmməd Hüseynzadə Hicazi qəflətən ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

65 yaşında vəfat edən general Məhəmməd Hüseynzadə Hicazi İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” qüvvələrinin komandan müavini vəzifəsində çalışıb. 

1956-cı ildə İsfahan şəhərində anadan olan Hicazi 1979-cu ildə İslam İnqilabından sonra SEPAH-a qoşulub və on il ərzində “Bəsic” paramilitarist könüllü milis təşkilatına rəhbərlik edib.

Hicazi qvardiyanın Livandakı qüvvələrinə rəhbərlik etdikdən sonra keçən ilin aprelində “Qüds” qüvvələri komandirinin müavini vəzifəsində çalışmağa başlayıb. İran mətbuatı onun İraq və Suriyada İŞİD-ə qarşı döyüşlərdə iştirak etdiyini bildirir.

Təşkilatın açıqlamasında daha ətraflı məlumat verilmədən generalın ürək xəstəliyindən öldüyü açıqlanıb.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində öldürülmüşdü.