Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri tutuldu

qasiqcinin-qetlinde-subheli-bilinenlerden-biri-tutuldu
Oxunma sayı: 1560

Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri Fransada tutulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Xalid əl-Uteybinin Parisdəki Şarl de Qoll hava limanında saxlanılıb.

Agentlik məhkəmə mənbələrinə istinadən xəbər verir ki, Qaşıqçı cinayəti ilə bağlı şübhəli şəxs Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər etməyə hazırlaşarkən Parisin Şarl de Qoll hava limanında sərhəd polisi tərəfindən saxlanılıb.

Reuters xəbər agentliyi də Uteybinin 15 nəfərlik edam qrupunun bir hissəsi hesab edildiyini yazıb.

Fransa prokurorlarının şübhəlinin Türkiyəyə ekstradisiyasına dair prosesə başlayacağını açıqlanıb.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda qətlə yetirilib. Onun öldürülməsi ilə bağlı bir sıra iddialar səslənir.