Qasırğa 20 min evi işıqsız qoyub

qasirga-20-min-evi-isiqsiz-qoyub
Oxunma sayı: 1103

Yeni Zenlandiyada davam edən güclü qasırğa 20 min evi elektriksiz qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “New Zeanland Herald” nəşri yazıb.

Məlumata əsasən, qasırğa nəticəsində Koromandel yarımadasında 9 min, Okelandda isə 12 min ev elektriksiz qalıb.

Güclü yağışların gün ərzində davam edəcəyi gözlənilir. Küləyin sürəti saat 120 km-ə çatır.

Təbii fəlakət Okelandın şimalında nəqliyyat hərəkətinin tamamilə dayanmasına səbəb olub.