ABŞ-də baş verən “Beril” qasırğası nəticəsində 8 nəfər həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, qasırğaya görə 2,3 milyon insan hələ də elektrik enerjisiz qalıb.
“Beril” qasırğasının ölkənin 1500 km daxilində təhlükəli hava şəraiti formalaşdırdığı qeyd edilib. Hazırda hava kütlələri şimali-şərq bölgələrinə doğru irəliləyir və tufan riski yaradır.