Qasırğa Antalya aeroportunda avtobusları aşırdı - 12 yaralı +Video

qasirga-antalya-aeroportunda-avtobuslari-asirdi
Oxunma sayı: 2734

Antalyada bir neçə gündür davam edən güclü qasırğanın fəsadlarına dair yeni görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, qasırğa hava limanında iki avtobusu və iki mikroavtobusu aşırıb, 2 təyyarə və 1 bir polis heikopterinə ziyan dəyib. Hadisə zamanı 12 nəfərin yaralandığı açıqlanıb. 

Ankara valisi aeroportun nəqliyyata qapalı elan edildiyini bildirib. Eyni zamanda, vətəndaşlara vacib olmadığı təqdirdə çölə çıxmamağı tövsiyə edib.