Madaqaskarda “Ava” tropik qasırğası 80 min insana ziyan vurub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin baş katibinin nümayəndəsi Stefan Djurik bildirib.
“Ava” tropik qasırğası təxminən 83 min insana zərər vurub. 29 nəfər həlak olub, 22 nəfər isə itkin düşüb”, deyə Djürik söyləyib.
Onun sözlərinə görə, humanitar orqanlar ölkəni tibbi ləvazimat, gigiyenik vasitələr, içməli su və çadırlarla təmin etməyə davam edir.
Son xəbərlər
Son Xəbərlər