QAT da bəyanat verdi

qat-da-beyanat-verdi
Oxunma sayı: 648

Təşkilatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, təşkilat bu addımın heç bir məntiqi əsası olmadığını və dövlətin imicinə ağır zərbə vurduğunu bəyan edib: “Rafiq Əliyev kimi adamları incitmək, sıxışdırıb kənara atmaq deyil, onlardan dövlətçiliyin ümumi maraqları naminə ən müxtəlif istiqamətlərdə istifadə olunmalıdır. Azərbaycan dövlətinə, hakimiyyətinə və xalqına ikiüzlü, yaltaq, riyakar, konyukturaya uyğun mövqeyini dəyişən yalançı “ziyalılar” deyil, Rafiq Əliyev kimi sözün düzünü deyən, milli maraqları düşünən, bir sifəti olan insanlar gərəkdir. Rafiq Əliyev ölkədə demokratik proseslərin inkişafına, ədalətli cəmiyyətin formalaşmasına, elmin və təhsilin tərəqqisinə öz payını verə bilər. Dünyanın elm aləmində tanınan alimin imkanlarından Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, erməni yalanlarının ifşa olunması üçün də istifadə etmək olardı. Rafiq müəllim Qarabağ bölgəsindəndir, onun da ata yurdu düşmən tapdağı altındadır. O, Qarabağ yanğısı ilə yaşayır və bir ziyalı kimi torpaqlarımızın işğaldan azad olunması yolunda çalışır”.

QAT hesab edir ki, Rafiq Əliyevə qarşı təzyiqlərə dərhal son qoyulmalı, işinə bərpa olunmalı və onun imkanlarından dövlət və cəmiyyətimiz üçün daha geniş miqyasda istifadə olunmalıdır.