Qatar maşınla toqquşdu- - 1 ölü, 2 yaralı

qatar-masinla-toqqusdu-
Oxunma sayı: 1225


“Qafqazinfo” DİN-in saytına istinadən məlumat verir ki, hadisə Ağstafa rayonunun Muğanlı kəndində qorunmayan keçiddə baş verib.

Belə ki, Qarayazı kənd sakini Anar Həşimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yük qatarına vurub.

A.Həşimovun sərnişinlərindən Şaiq Bəhrəmov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.