Qatar qadının üstündən keçdi- - Bakıda

qatar-qadinin-ustunden-kecdi-
Oxunma sayı: 2875


Bakıda dəhşətli hadisə baş verib. “Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində qatar yaşlı qadının üstündən keçib. Dəmir yolu xəttinin Biləcəri-Heybət mənzilində hərəkət edən qatarın altında qalaraq ölən qadının 1944-cü il təvəllüdlü Bayramova Lyudmila Timofeyevna olması məlum olub.
 
Hadisə ilə bağlı müvafiq qurumlar araşdırmalar aparır.