Qatar qəza törədi

qatar-qeza-toredi
Oxunma sayı: 792

Belçikada dəmir yol qəzası baş verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Belçikanın Liej əyalətində sərnişin və yük qatarı toqquşub. Qəza nəticəsində üç nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Məlumata görə, hər iki qatar eyni xətt üzrə hərəkətdə olub və sərnişin qatarı digərinə çırpılıb. Hadisə yerinə 30 təcili tibbi yardım maşını cəlb edilib. Qeyd edilir ki, ölənlərin sayı arta bilər.

Aysel Kərimova