ABŞ-ın Pensilvaniya ştatında dəmiryolunda ağır qəza baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza zamanı 32 vaqon bir-birinə, həmçinin, bir neçə vaqon yaxınlıqdakı evlərə çırpılıb.
Hadisədən sonra vaqonlarda yanğın da baş verib.
Olay yerinə xilasedicilər cəlb edilib. Sakinlər ərazidən təxliyyə edilib.
Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.


Son xəbərlər
Son Xəbərlər