Qatar relsdən çıxdı- - 11 yaralı

qatar-relsden-cixdi-
Oxunma sayı: 1089


“Qafqazinfo” eunews.az-a istinadən xəbər verir ki, məlumatı "Fox News" yayıb.

Polislər 3  avtomobilin qəzaya düşdüyünü, vaqonlardan birinin isə sıldırım yamacdan sürüşdüyünü bildiriblər.

İsveçrənin cənub-şərqi Qraubyunden əyalətinin polis nümayəndəsi Anita Sentinin sözlərinə görə, 5 nəfər ciddi xəsarət alıb, 6 nəfər isə yüngül zədələnib. Sərnişinlərin bəziləri vertolyotla xilas olunub. Qəza yerindən uzaqda olan hava qəza-xilasetmə xidməti də köməyə gəlib.

Bölgədə leysan yağışlardan sonra baş verən qəza vaxtı qatarda 200-ə yaxın sərnişin olub. Qatar İsveçrənin dağlıq cənub-şərq bölgəsində dar relsli yollarda sərnişin daşınmanı həyata keçirən "Rhaetische Bahn" şirkətinə məxsus olub.