Qatar relsdən çıxdı - 34 nəfər yaralandı

qatar-relsden-cixdi
Oxunma sayı: 1791

Avstriyanın Sankt-Pölten şəhəri yaxınlığında qatar relsdən çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iki vaqonun aşması nəticəsində 3-ü ağır olmaqla 34 sərnişin xəsarət alıb.

Yaralıların daşınması üçün əraziyə helikopter də cəlb edilib.

Hadisə vaxtı qatarda 80 sərnişinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.