Qatar relsdən çıxdı - 30 yaralı + Foto

qatar-relsden-cixdi
Oxunma sayı: 1993

İspaniyada şəhərlər arası sərnişin qatarı relsdən  çıxıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, qatar Malaqadan Sevilya istiqamətində hərəkət edərkən relsdən çıxıb. Qəza nəticəsində 30 nəfərin xəsarət aldığı bildirilir.

İlkin məlumata əsasən, qəzaya şiddətli yağışların səbəb olduğu vurğulanıb. Hadisə yerinə avtomobil yolunun olmadığı üçün tibbi briqadalar helikopterlə gəlməli olub. Qatarda 70-ə yaxın sərnişinin olduğu qeyd edilib.