Hindistanda sərnişin qatarının 8 vaqonu relsdən çıxıb.
“Qafqazinfo” “Gazeta.ru”-ya istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatında baş verib. Nəticədə 18 nəfər xəsarət alıb. Yaralananlardan 6-nın vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir.
Qəzanın səbəbləri hələlik məlum deyil.

Son xəbərlər
Son Xəbərlər