Qatar relsdən çıxıb alovlandı, azı 9 nəfər yaralandı - Video

qatar-relsden-cixib-alovlandi-azi-9-nefer-yaralandi
Oxunma sayı: 2390

ABŞ-nin San Fransisko şəhərində Orinda stansiyası yaxınlığında yüksək sürətli qatar relsdən çıxıb və alovlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 9 nəfər xəsarət alıb.

Zərərçəkənlər yüngül xəsarətlərlə yerli xəstəxanaya çatdırılıb.

Qatarda neçə nəfərin olduğu və hadisənin səbəbləri məlum deyil.

Bildirilib ki, nasazlıq səbəbindən Orinda stansiyası bağlı qalacağına görə, bu, on minlərlə insana təsir göstərəcək.