Qatar tuneldə niyə qalıb? - Yenilənib

qatar-tunelde-niye-qalib
Oxunma sayı: 768

Bakı metrosunda problem yaşanıb. "Qafqazinfo"ya sərnişinlərin verdiyi məlumata görə, "Dərnəgül-Həzi Aslanov" xəttində ləngimə olub.

Belə ki, metronun "İnşaatçılar" stansiyasında qatar dayanıb. Sərnişinlərin sözlərinə görə, 10 dəqiqəyə yaxındır ki, qatar tuneldə hərəkətsiz vəziyyətdədir. 

***

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzərTAC-a bildirib ki, qatar təxminən doqquz dəqiqə ərzində tuneldə qalıb.

Texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

Hadisə ilə əlaqədar metronun ümumi xətlərində gecikmələr var.