Qatarı daşa basanlara cinayət işi açıldı

qatari-dasa-basanlara-cinayet-isi-acildi
Oxunma sayı: 2487

Daxili İşlər Nazirliyi bir qrup şəxsin Ağstafanın Böyük Kəsik stansiyasından Bakıya gedən sərnişin qatarını daşa basmasına münasibət bildirib.

DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hadisə ilə bağlı cinayət işi açılıb:

“Artıq xəbər verildiyi kimi, yanvarın 22-si saat 23 radələrində Böyük kəsik-Bakı sərnişin qatarı Tovuz rayonu ərazisində hərəkətdə olarkən naməlum şəxs və ya şəxslərin xuliqanlıq zəminində kənardan atdığı daşlarla qatarın bir neçə pəncərə şüşələri sınıb. Bu zaman 2 sərnişin yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə çıxmış, müvafiq araşdırmalar aparıldıqdan sonra faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".