Qatarın altında qalan kişi öldü - Yenilənib

qatarin-altinda-qalan-kisi-oldu
Oxunma sayı: 3424

Gəncədə dəmiryol relsinin üzərindən qarşı tərəfə keçmək istəyən piyadanın ayaqları ehtiyatsızlıqdan qatarın altında qalıb.

"Qafqazinfo" xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə Gəncəçay Stansiyasının yaxınlığında, qorunmayan keçiddə baş verib.

Belə ki, 1940-cı il təvəllüdlü Hüseyn Müstəcəb oğlu Hüseynov dəmir yolunu keçmək istəyən zaman yıxılıb və hərəkətdə olan teplovoz onun ayağının üzərindən keçib. Xəstəxanaya yerləşdirilən yaralının sağ ayağı amputasiya edilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

ARB Kəpəz-in məlumatına görə, tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.