Qatarların hərəkət cədvəli dəyişdirildi - Foto

qatarlarin-hereket-cedveli-deyisdirildi
Oxunma sayı: 2308

"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin müraciətlərini nəzərə alaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edib. 

Bu barədə "Qafqazinfo"ya qurumdan xəbər verilib.

Məlumata görə, məqsəd karantin müddətində qatarların hərəkət cədvəlinin fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının iş saatı ilə uyğunlaşdırılması və vətəndaşların gediş-gəlişinin daha səmərəli təşkilidir.

Bu dəyişiklik aprelin 7-dən karantin müddəti bitənədək qüvvədə olacaq.