“Qatil olduğumu mən də bilmirdim” - Fotolar

qatil-oldugumu-men-de-bilmirdim
Oxunma sayı: 4391

Türkiyənin “Kanal D” televiziyasının ən baxımlı seriallarından biri olan “Yargı”da həftələrdir izləyiciləri maraqlandıran qatilin kimliyi məlum olub.  

“Qafqazinfo” xəbər ki, qatilin aktyor Onur Durmazın canlandırdığı Engin olduğu üzə çıxıb. Bu barədə “Hürriyet”ə danışan Durmaz qatili oynadığından xəbərsiz olduğunu bildirib:

“Layihə başlamazdan əvvəl xarakterin ciddi bir dəyişiklik edəcəyinə dair kiçik bir məlumat almışdım. Amma nə vaxt və nə baş verəcəyini, üstəlik Enginin qatil çıxacağını bilmirdim. Mən də qatil olduğumu beşinci bölümün ssenarisi əlimizə keçəndə öyrəndim və bütün heyət mənə zarafatla yanaşmağa başladı. Hələ də çəkilişə getdiyimdə “Qatil gəldi” deyirlər”.