“Qafqazinfo” pressaz.com-a istinadən xəbər verir ki, bu gün səhər Qax rayonu ərazisində, Zaqatala yolunda ağır qəza baş verib. 02-BC-942 dövlət nömrə nişanlı avtobus ilə 45-BG-615 dövlət nömrə nişanlı Vaz 21015 markalı minik maşını toqquşub. İlkin ehtimala görə qəzaya səbəb avtobusun sürücüsünün qarşı yola çıxması olub. Sürətin yüksək olması Vaz 21015 markalı avtobilin güclü deformasiyaya uğraması və avtobusun aşması ilə nəticələnib. Vaz 21015 -in sürücüsü yüngül xəsarət alsada sərnişin ağır yaralanıb.
Avtobusun sərnişinləri arasındada yaralananlar var. Xəsarət alanlara yerində ilkin yardım göstərilib, ağır yaralı olan vaz 21015 varkalı avtomobildəki sərnişin xəstəxanaya çatdırılıb. Daha dəqiq məlumatlar araşdırmalardan sonra veriləcək.