Qaxariya haqqında yayılan şayiələrə son qoydu

qaxariya-haqqinda-yayilan-sayielere-son-qoydu
Oxunma sayı: 1915

Gürcüstanın Baş Naziri Georgi Qaxariya son günlər KİV-də onun bu ay vəzifəsindən istefa verəcəyi barədə şayiələri təkzib edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Gürcüstan” xəbər verib.

“Mən Baş Naziri kimi qalacağam”, - o, jurnalistin “Siz iyunun 20-də, anti-Rusiya etirazlarının ildönümündə də hökumət başçısı kimi qalacaqsınız?” sualına cavab olaraq bildirib.

“Bu şayiələrin kim tərəfindən və hansı məqsədlə yayılmasının mənim üçün əhəmiyyəti yoxdur. Əldə etdiyim immunitetə görə sizə təşəkkür etmək istəyirəm. Bu sualı o qədər tez-tez verirsiniz ki, məndə artıq buna heç bir reaksiya yoxdur.

Son nəticədə, hökumətdə, rəhbər və ya fermer olacağımın şəxsən mənim üçün konseptual olaraq heç bir əhəmiyyəti yoxdur, hər yerdə öz işimi görəcəyəm. Bu son dərəcə vacibdir və mən etdiyim işlərə görə məsuliyyət hiss edirəm, ona görə də sizə belə cavab verəcəyəm: 20 iyun tarixində yenidən məndən müsahibə almalı olacaqsınız”, - “Sputnik Gürcüstan” Qaxariyanın sözlərini sitat gətirir.

Qeyd edək ki, ötən çərşənbə günü bir sıra Gürcüstan KİV-ində Qaxariyanın yaxın vaxtlarda istefa verəcəyi və güya, onun postunu Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Luluaşvilinin tutacağı barədə xəbərlər yayılmışdı.