Qaxda 12 yaşlı uşağı maşın vurdu

qaxda-12-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 1855

Qaxda 12 yaşlı uşağı avtomobil vurub.

"Qafqazinfo" nun məlumatına görə, hadisə axşam saatlarında baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Luka Poladaşvili yolu keçmək istəyən zaman  onu minik avtomobili vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan L.Poladaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hal-hazırda yaralının müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mübariz Muradov