Qaxda 16 yaşlı qız bıçaq xəsarətləri aldı - Valideynləri “ehtiyatsızlıq” dedi

Qaxda 16 yaşlı qız bıçaq xəsarətləri aldı
Oxunma sayı: 2995

Qax rayonunun Zəyəm kənd sakini 16 yaşlı Muradlı Aysun Mahir qızı bıçaq xəsarəti alıb.

“Qafqazinfo” xəbər verir ki, 2 bıçaq zərbəsi alan yeniyetmə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstəyə qarın boşluğunda dərinə nüfuz etməyən, qarın boşluğunda cırılmış-deşilmış iki bıçaq yarası diaqnozu qoyulub.

Xəstə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.

Qızın valideyinlərinin dediyinə görə, hadisə evdə iş görən zaman ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi