Qaxda 17 yaşlı gənci avtomobil vurub.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində baş verib.
Belə ki, Qax şəhər sakini, 1996-cı il təvəllüdlü Orucov Rəşad Qurban oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Qax şəhər sakini 2005-ci il təvəllüdlü Nuriyev Xizir Fikrət oğlunu vurub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Xizir Nuriyev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər