Qaxda 17 yaşlı oğlan bıçaqlandı

Qaxda 17 yaşlı oğlan bıçaqlandı
Oxunma sayı: 701

Qax rayonunda 17 yaşlı oğlan bıcaqlanıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, rayon sakini Məmmədzadı Rəşid Rəşad oğlu bıçaqlanma əlamətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, R.Məmmədzadəyə sol budunun arxa nahiyəsinin 3/1 hissəsində 5 və 6 mm-lik kəsilmiş -deşilmiş yaraları diaqnozu qoyulub. Yaralıya lazımi yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi