Qaxda 2 yaşlı uşaq “Vanish”dən zəhərləndi

Qaxda 2 yaşlı uşaq “Vanish”dən zəhərləndi
Oxunma sayı: 1077

Qaxda 2 yaşlı uşaq "Vanish"dən zəhərlənib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Qaşqaçay kəndində baş verib. Belə ki, kənd sakini, 2020-ci il təvəllüdlü Şövkət Babayev nəzarətsiz qalaraq yuyucu maye "Vanish" içib. Azyaşlı mayedən zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər Ş.Babayevin həyatını xilas ediblər. Hazırda vəziyyəti normaldır.

Amin Nəzərli