Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb.
Həmin kəndin sakini – 1997-ci il təvəllüdlü Ramazan Elxan oğlu Cəbiyevi kənd ərazisində "2199" markalı avtomobil vurub. Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan R.Cəbiyev Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Kənd sakinlərinin dediyinə görə, R.Cəbiyevin ruhi xəstə olub.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov

Son xəbərlər
Son Xəbərlər