Qaxda nəzarətsiz qalan uşaq 120 dərman içib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün şəhərin Ü. Hacıbəyev küçəsi, ev 11 ünvanında baş verib.
Belə ki həmin evdə yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli evdə olarkən 120 ədəd C vitamin həbi içib. Yaxınları onu Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N. Rəcəbliyə lazımi tibbi yardım göstərilib, hal-hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər