Qaxda 4 fəhlə partlayışda yaralandı - Yenilənib

qaxda-4-fehle-partlayisda-yaralandi
Oxunma sayı: 1660

Qaxda partlayış baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə pivə zavodu yaxınlığında qeydə alınıb.

Partlayış Qax Kommunal Müəssisəsinin fəhlələri torpaq qazarkən baş verib. Müəssisənin 4 fəhləsi müxtəlif bədən xəsarətləri ilə Qax Rayon mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin nədən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Partlayış zamanı xəsarət alanların adı məlum olub:

Nuroşvili David Zazayevic, 1988-ci il təvəllüdlü;

Beroşvili Sardion Rapo, 1993-cü il təvəllüdlü;

Papiaşvili Beka Zurayevic, 2001-ci il təvəllüdlü;

Zeynalaşvili Csmali Sndreeyevic, 1971-ci il təvəllüdlü.

***

Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 4-nün vəziyyəti yüngül, 2-nin vəziyyəti isə orta-ağır stabildir. Həkimlərin bildirdiyinə görə, xəstələrin həyati təhlükəsi yoxdur.

Mübariz Muradov