Qaxda 49 yaşlı kişi özünü asdı

qaxda-49-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 1487

Qaxda 49 yaşlı kişi özünü toyuq hinindən asaraq intihar edib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Marsan kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Kazımov Məhəmməd Kazım oğlu özünü həyətindəki toyuq hinindən asaraq intihar edib.

M.Kazımovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov