Qaxda 53 yaşlı kişini ilan sancdı

qaxda-53-yasli-kisini-ilan-sancdi
Oxunma sayı: 3052

Qax sakinini ilan sancıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Ləkit kəndində baş verib.

Kənd sakini, 1969-cu il təvəllüdlü Nail Əsədullah oğlu Hacıyev ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub.

N.Hacıyevə lazımi tibbi yardım göstərilib, lakin onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakıya Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Mübariz Məmmədov