Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, ümumilikdə 15 min 402 abonentə və bununla da 56 min insanı fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədilə yeni 110/35/10 kV-luq, iki 40 MVA gücündə “Qax” yarımstansiyasının tikintisinə start verib.
Prezidentə məlumat verilib ki, yeni yarımstansiyanın qidalandırılması məqsədilə 110/35/10 kV-luq “Şıxlar” yarımstansiyasının 110 kV-luq açıq paylayıcı quruluşunda yenidənqurma işləri aparılıb və iki 110 kV-luq yuva quraşdırılaraq həmin yuvalardan 110/35/10 kV-luq “Qax” yarımstansiyasına 12 kilometr uzunluğunda iki dövrəli hava xətt çəkilib.
Paralel olaraq, yeni “Qax” yarımstansiyasında 110, 35 və 10 kV-luq açıq və qapalı paylayıcı qurğular inşa edilib. Bu yarımstansiyada 39/10 kV-luq, 16/35 kV-luq yuva, elektron tipli rele mühafizə və avtomatika sistemləri, məsafədən idarə olunmaq üçün SCADA dispetçer sisteminə qoşulmasına lazım olan avadanlıq quraşdırılıb.




Son xəbərlər
Son Xəbərlər