Qaxda ağır qəza, 5 yaralı - Fotolar

qaxda-agir-qeza-5-yarali
Oxunma sayı: 3192

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Calayir kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, "Mercedes" və "Vaz-21099" markalı iki minik avtomobili toqquşub.

Nəticədə beş nəfər müxtəlif bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bunlar "Mercedes"in sürücüsü, Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Tural Məmməd oğlu Eminov, onun sərnişini 1971-ci il təvəllüdlü İntizar Süleyman qızı Eminova, "VAZ"ın sürücüsü, Zaqatala rayon sakini 1987-ci il təvəllüdlü Nail Təmraz oğlu Dəmirov, onun sərnişinləri Balakən rayon sakinləri 1976-cı il təvəllüdlü Xuraman Qarakişiyeva və onun qızı 1997-ci il təvəllüdlü Raisa Zeynalovadır.

Fakt araşdırılır.

Mübariz Muradov