Qaxda ağır qəza, ölən və yaralananlar var - Fotolar

qaxda-agir-qeza-olen-ve-yaralananlar-var
Oxunma sayı: 4760

Qaxda ağır yol qəzası baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Zaqatala yolunun Qum kəndi ərazisindən keçən hissəsində​ baş verib.

"Mercedes" və "Ford Tranzit" markalı iki avtomobil toqquşub. Nəticədə biri ağır olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

1966-cı il təvəllüdlü Qax rayon Lələli kənd sakini Xəlilova Dilafət Hacıməhəmməd qızı xəstəxanaya  çatdırıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov